1xeber.media xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində “Botev” futbol klubunun sahibi və rəhbəri İliyan Filipov silahlı hücum nəticəsində öldürülüb.
İlkin məlumata görə, hadisə sentyabrın 30-u gecə saat 01:00 radələrində baş verib. Filipovun olduğu əraziyə atəş açıldığı və onun baş nahiyəsindən güllə yarası aldığı bildirilir. Hadisə ilə bağlı məlumatı NOVA-ya Bolqarıstan Daxili İşlər Nazirliyindəki mənbə də təsdiqləyib.
Hadisədən sonra polis Plovdivdə əməliyyat keçirib, şəhərdən çıxış yollarında nəzarət-buraxılış məntəqələri yaradılıb. Hücumda şübhəli bilinən şəxsin axtarışı davam edir.
53 yaşlı İliyan Filipov nəqliyyat və tikinti biznesi ilə məşğul olub. O, “Botev” klubunun rəhbərliyinə 2025-ci ilin iyununda keçib. Klub Bolqarıstanın yüksək liqasında mübarizə aparır.
İstintaq orqanları hadisənin motivini və hücumun bütün təfərrüatlarını araşdırır.
















