1xeber.media xəbər verir ki, Almaniyanın xarici işlər naziri İohann Vadefulun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı otaqda Vladimir Putinin portretinin asılması alman nümayəndə heyətinin diqqətini çəkib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, görüş üçün otağı hazırlayan Almaniya nümayəndə heyətinin protokol əməkdaşları portretin görüş zamanı da divarda qalıb-qalmayacağını soruşublar.
Zaxarova bildirib ki, Rusiya tərəfi bunun qəbul edən ölkənin protokol ənənəsi olduğunu və otaqda dövlət bayrağı ilə yanaşı prezidentin portretinin də yerləşdirildiyini izah edib. Onun sözlərinə görə, portret Vadefulun iştirakı ilə keçirilən görüş zamanı da yerində qalıb.
Zaxarova həmçinin qeyd edib ki, Vadeful daha əvvəl Lavrovla görüşdən imtina etdiyini açıqlasa da, sentyabrın 26-da BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşün keçirilməsi üçün Rusiya tərəfinə müraciət edib.
















