“Vaxtilə “Akkord”u dağıdıb, oradan pul oğurlayıb vergidən yayınan İlqar Hacıyev var. Erməni kilsəsində oturub moizə oxuyur”.
1xeber.media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.
“Kaliforniyadadır və Azərbaycan əleyhinə danışır. Bildiyiniz kimi, ABŞ-də ən ağır cinayət vergidən yayınmaqdır. Belələri Azərbaycana gətirilməlidir. Onlar hüququn, qanunun aliliyi ilə öz cəzalarına çatmalıdır ki, başqalarına nümunə olsun. Başqaları da öz vətənini 5 manata, yaxud İspaniyada bir istirahətə satmasın”, - deputat qeyd edib.
















