
MegaSec MMC 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən ADEX 2026 beynəlxalq müdafiə sərgisində ilk dəfə iştirak edir.
1xeber.media şirkətin təqdim etdiyi məlumata istinadən xəbər verir ki, MegaSec 4-cü pavilyondakı stendində süni intellekt, biometrik identifikasiya, FPV dronlar, avtomobil qeydiyyat nişanlarının avtomatik tanınması, rəqəmsal bələdçi, kibertəhlükəsizlik, eləcə də idarəetmə, risk və uyğunluq (GRC) sahələrində həllərini nümayiş etdirir.
Sərginin rəsmi proqramına əsasən, şirkətin direktoru Qabil Qasımov oktyabrın 1-də keçiriləcək “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə edilməsi və kiberdayanıqlılıq” mövzusunda sessiyanın məruzəçilərindən biri olacaq. Sessiyada məlumatların idarə edilməsi və rəqəmsal sistemlərin dayanıqlılığı müzakirə ediləcək.















