Ermənistan Baş Prokurorluğu keçmiş səfir və sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyana məxsus əmlakın qanuniliyini araşdırır.
1xeber.media xəbər verir ki, o, Baş Prokurorluğun qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı iş üzrə quruma dəvət olunub.
Mikael Minasyan araşdırmanın nəticəsi əsasında hazırlanmış xülasə, toplanmış materiallar, o cümlədən araşdırmanın əsasını təşkil edən cinayət işi üzrə müvafiq materiallarla tanış olmalı, öz mövqeyini və bəyannamə təqdim etməlidir.
Sabiq səfir və onunla əlaqəli təxminən 10 nəfər oktyabrın 9-dək prokurorluğa gəlməlidir.















