1xeber.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa İttifaqına yenidən qoşulması ehtimalını müsbət qarşıladığını bildirib.
Makron Britaniyanın Baş naziri Endi Bernhemin ölkənin Aİ-yə qayıtması variantını nəzərdən keçirməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən “yenidən xoş gəldin” mesajını verib. Fransa lideri bunun müdrik qərar ola biləcəyini və Britaniyanın belə bir addım atacağı təqdirdə prosesə dəstək göstərməyə çalışacaqlarını deyib.
Bernhem isə Britaniyanın Aİ ilə gələcək münasibətləri üzrə müxtəlif variantların, o cümlədən ittifaqa tam qayıdışın nəzərdən keçiriləcəyini bildirib. O, bu məsələyə dair variantların noyabrda keçirilməsi planlaşdırılan Böyük Britaniya–Aİ sammiti ərəfəsində açıqlanacağını deyib.
Makron həmçinin Britaniyanın Aİ-dən kənarda qalaraq ittifaq ölkələri ilə münasibətlərini əvvəlki səviyyədə qurmasının müəyyən məhdudiyyətlərlə müşayiət olunacağını vurğulayıb.















