
1xeber.media xəbər verir ki, ABŞ məhkəməsi “Paramount” şirkətinin “Warner Bros.”u 110 milyard dollara almasına hüquqi yol açıb.
ABŞ Dairə Məhkəməsinin hakimi Araceli Martinez-Olquinin razılaşmanı təsdiqləməsindən sonra şirkətlərin birləşməsinin qarşısındakı əsas hüquqi maneələrdən biri aradan qalxıb.
Razılaşmaya əsasən, birləşmiş şirkət ABŞ kinoteatrlarında ildə ən azı 30 film nümayiş etdirməlidir. Bundan başqa, şirkət ABŞ istehsalına hər il əlavə 300 milyon dollar investisiya yatırmağı öhdəsinə götürüb.
Saziş “CBS News” və “CNN” kimi media qurumlarının redaksiya müstəqilliyi ilə bağlı ayrıca nəzarət mexanizminin yaradılmasını da nəzərdə tutur.
“Paramount”un məlumatına görə, birləşmədən sonra şirkətlərin illik 6 milyard dollardan çox qənaət əldə etməsi gözlənilir.
















