1xeber.media xəbər verir ki, “OpenAI” və “Synopsys” şirkətləri yarımkeçirici çiplərin hazırlanması üçün xüsusi süni intellekt modeli yaratmaq barədə uzunmüddətli əməkdaşlıq razılaşması imzalayıblar.
“GPT-Synopsys” adlandırılan model “OpenAI”ın süni intellekt imkanlarını “Synopsys”in çip dizaynı üçün istifadə olunan proqram təminatı ilə birləşdirəcək.
Modelin mühəndislərə çip layihələrinin hazırlanması, optimallaşdırılması və yoxlanılması prosesində kömək etməsi nəzərdə tutulur.
Şirkətlər bildiriblər ki, yeni texnologiya çip dizaynı prosesində həftələr və hətta aylarla davam edən bəzi işlərin daha sürətli həyata keçirilməsinə imkan yarada bilər.
Razılaşmaya əsasən, “OpenAI” “Synopsys”in elektron dizayn avtomatlaşdırılması alətlərini lisenziyalaşdıracaq, tərəflər isə gəlirləri bölüşəcəklər.
















