1xeber.media xəbər verir ki, Serbiyanın Stajiçevo kəndində müştərilərə qeyri-adi xidmət göstərən “Alpaca Cafe” adlı kafe fəaliyyətə başlayıb.
Kafenin əsas özəlliyi burada altı alpakadan ibarət “heyət”in olmasıdır. Heyvanlar masaların arasında sərbəst şəkildə dolaşır və kafeyə gələn insanlarla yaxın təmasda olurlar.
Müştərilər alpakaları xüsusi hazırlanmış qida ilə bəsləyə və onlarla vaxt keçirə bilirlər. Kafenin yaradıcıları bunun ziyarətçilərə adi restoran və kafelərdən fərqli təcrübə yaşatdığını bildirirlər.
Məlumata görə, kafe Serbiyanın şimalında yerləşən Stajiçevo kəndində, Belqradın təxminən 50 kilometr şimalında fəaliyyət göstərir.
Məkanın açılması artıq sosial şəbəkələrdə də maraq doğurub. Xüsusilə alpakalarla ünsiyyət qurmaq istəyən ziyarətçilərin kafeyə maraq göstərdiyi bildirilir.















