Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin ilk milli peykinin kosmosa buraxılması ilə bağlı tədbirdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinə gəlib.
1xeber.media xəbər verir ki, dövlət başçısını hava limanında “SpaceX” şirkətinin qlobal inkişaf üzrə direktoru Rebekka Hanter qarşılayıb.
Peyk “SpaceX” şirkətinin raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılacaq.
















