1xeber.media xəbər verir ki, Polşa Almaniya və Litva ilə sərhədlərində tətbiq etdiyi müvəqqəti nəzarət tədbirlərini 2027-ci ilin martınadək uzatmaq qərarına gəlib.
Polşanın Daxili İşlər Nazirliyinin məlumatına görə, nəzarət tədbirləri martın 30-dək qüvvədə olacaq. Qərarın əsas məqsədləri sırasında qanunsuz miqrasiyanın qarşısının alınması və ölkənin təhlükəsizliyinin gücləndirilməsi göstərilir.
Polşa bu sərhəd nəzarətini 2025-ci ilin iyulunda tətbiq etməyə başlayıb. Daha sonra tədbirlərin müddəti bir neçə dəfə uzadılıb və əvvəlki müddət 1 oktyabr 2026-cı ildə başa çatmalı idi.
Yeni qərarla Almaniya və Litva istiqamətində sərhəd keçidlərinə nəzarət daha altı ay davam etdiriləcək.
Polşa hökuməti tədbirin Avropa İttifaqının daxili sərhədlərində təhlükəsizlik və miqrasiya məsələləri ilə bağlı vəziyyət nəzərə alınaraq həyata keçirildiyini bildirir.
















