
1xeber.media xəbər verir ki, Almaniyanın xarici işlər naziri İohan Vadephul Rusiya ilə danışıqların davam etdirilməsinin mümkünlüyünü istisna etməyib.
Nazir bildirib ki, Berlin Moskva ilə gələcək dialoqa açıqdır, lakin bunun üçün Rusiya tərəfinin konstruktiv yanaşması aydın şəkildə nümayiş etdirilməlidir.
Vadephul Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşə də toxunub. O, söhbətin sərt keçdiyini, eyni zamanda məzmunlu olduğunu qeyd edib.
Xatırladaq ki, Vadephul və Lavrov sentyabrın 26-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında görüşüblər. Almaniya tərəfinin təşəbbüsü ilə keçirilən görüş qapalı formatda baş tutub və təxminən 20 dəqiqə davam edib.
Almaniya XİN rəhbəri ilə Lavrov arasında görüş Rusiya və Almaniyanın xarici işlər nazirləri səviyyəsində uzun fasilədən sonra keçirilən ilk birbaşa təmaslardan biri olub.
















