1xeber.media xəbər verir ki, regionlarda suvarma şəbəkələrinin istismarına nəzarətin gücləndirilməsi, su bölgüsünün daha düzgün təşkili və hidromeliorativ qurğuların vəziyyətinin yaxşılaşdırılması bu sahədə problemlərin azalmasına şərait yaradır. Nasazlıqlara operativ müdaxilə isə suvarma xidmətlərinin daha çevik təşkilinə imkan verir.
Əsas məsələ yalnız suyun əkin sahəsinə çatdırılması deyil. Suyun vaxtında, tələb olunan həcmdə və minimum itki ilə verilməsi suvarmanın səmərəliliyini artırır, kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə zəmin yaradır.
Fermer üçün bu dəyişikliklərin konkret mənası var: suvarmada daha az çətinlik, daha çevik xidmət və istehsalın daha sabit təşkili.
Su təsərrüfatında görülən işlərin nəticəsi, ilk növbədə, tarlada hiss olunmalıdır. Suyun vaxtında çatdırılması və müraciətlərin operativ həlli fermer məmnunluğunu müəyyən edən əsas amillərdəndir.
Bu sahədə hədəf mövcud problemləri aradan qaldırmaqla yanaşı, suvarmanı daha səmərəli, meliorasiya sistemlərini daha dayanıqlı, fermerlərə göstərilən xidmətləri isə daha əlçatan etməkdir.

















