ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə neft və qaz hasilatı obyektlərinin müdafiəsi üçün bölgəyə əlavə iki “Patriot” zenit-raket kompleksi göndərib.
1xeber.media xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Vaşinqton müttəfiqlərinə İranla genişmiqyaslı hərbi əməliyyatların bərpa olunacağı təqdirdə onların əsas enerji obyektlərinin müdafiəsini təmin edəcəyinə dair zəmanət vermək istəyir.
Portalın məlumatına görə, ABŞ Silahlı Qüvvələri belə bir ssenariyə hazırlıq çərçivəsində Yaxın Şərqə əlavə hərbi gəmilər, qırıcı təyyarələr və şəxsi heyət göndərir.

















