1xeber.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bəzi ölkələrdən fərqli olaraq Azərbaycanın öz tarixi və real nailiyyətləri ilə bağlı süni əfsanələr yaratmağa ehtiyacının olmadığını bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın tarixində və müasir inkişafında xalqın qürur duyacağı kifayət qədər mühüm hadisələr və nailiyyətlər var.
Prezident vurğulayıb ki, ölkənin əldə etdiyi nəticələr real faktlara və görülən işlərə əsaslanır. Onun sözlərinə görə, Azərbaycanın keçdiyi yol və qazandığı uğurlar ölkənin mövqeyini daha da gücləndirib.

















