Məhkəmənin qərarı ilə Ermənistanın sabiq prezidenti Serj Sərkisyan barəsində seçilmiş ölkəni tərk etməmək qətimkan tədbiri ləğv edilib.
1xeber.media xəbər verir ki, cinayət işi 2019-cu ildə mərhum iş adamı Mixail Baqdasarovun ifadəsi əsasında başlanmış işə aiddir.
Serj Sərkisyanın bu iş çərçivəsində ölkədən çıxışına qadağa qoyulmuşdu.

















