Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında partiyanın Nəzarət-Təftiş Komissiyasının üzvləri sırasında yer almayan Musa Musayev məsələ ilə bağlı Gununsesi.info-ya eksklüziv açıqlama verib.
Musa Musayev komissiyanın üzvü seçilməməsinin səbəbinin qanunvericiliklə bağlı olduğunu bildirib.
O, qeyd edib ki, Seçki Məcəlləsinə və “Siyasi partiyalar haqqında” qanuna əsasən, seçki komissiyasının üzvü siyasi partiyanın üzvü ola bilməz.
“Seçki Məcəlləsinə və ‘Siyasi partiyalar haqqında’ qanuna görə, seçki komissiyasının üzvü siyasi partiya üzvü ola bilməz. Mən YAP-ın Nəzarət-Təftiş Komissiyasının üzvü olduğum zaman Dairə Seçki Komissiyasının sədri təyin olunmuşdum. Bu yaxınlarda, sentyabr ayında yenidən dsk sədri oldum. Ona görə də qanunvericilik bunu qadağan edir. Bu qərarın arxasında hansısa siyasi məna axtarmaq yersizdir”, – deyə Musa Musayev bildirib.
Qeyd edəkmki, Musa Musayev YAP-ın qurucularından biri kimi tanınır.
O, uzun illər Milli Məclisin deputatı, həmçinin Naftalan şəhər icra hakimiyyətinin başçısı vəzifəsini tutub.
















