“Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” klubu ilə yoldaşlıq görüşünə çıxacaq.
1xeber.media xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oyunun start fiti saat 20:00-da veriləcək.
Milli komandaların heyətinə dəvət olunan futbolçular bu matçda forma geyinməyəcəklər.
Qeyd edək ki, “Turan” və “Fənərbağça” 1994-cü ildə UEFA Kubokunda qarşılaşıblar. Həmin vaxt İstanbulda keçirilən ilk oyunda meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib. Sumqayıtda baş tutan cavab qarşılaşmasında da Türkiyə təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Yoldaşlıq oyunu
3 oktyabr
20:00. “Turan Tovuz” – “Fənərbağça”
Tofiq Bəhramov adına Respublika stadionu.

















