1xeber.media xəbər verir ki, Vyetnam iqtisadiyyatı 2026-cı ilin üçüncü rübündə son dörd ilin ən sürətli rüblük artımını nümayiş etdirib.
Ölkənin ümumi daxili məhsulu iyul-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,95 faiz artıb. İkinci rübdə iqtisadi artım 8,81 faiz təşkil etmişdi.
Artım əsasən ixracın və infrastruktur layihələrinə investisiyaların sürətlənməsi hesabına baş verib. Sentyabrda Vyetnamın ixracı illik ifadədə 39,1 faiz artaraq 59,48 milyard dollara çatıb.
Bununla yanaşı, idxal da 45,8 faiz artıb. İlin ilk doqquz ayında ölkənin xarici ticarət kəsiri rekord həddə – 19,42 milyard dollara yüksəlib. Analitiklər enerji qiymətlərinin artması və inflyasiyanın iqtisadiyyat üçün əsas risklərdən biri olaraq qaldığını bildirirlər.

















