1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı yeni hərbi əməliyyat keçirməyə hazırlaşdığı bildirilir.
Reuters-in məlumatına görə, Riyad Qırmızı dənizin strateji Bab əl-Məndəb boğazına nəzarəti bərpa etmək məqsədilə müxtəlif hərbi variantları nəzərdən keçirir.
Planlaşdırılan əməliyyatın əsas yükünü Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən qüvvələrinin daşıması, onların isə Səudiyyə aviasiyası tərəfindən dəstəklənməsi nəzərdə tutulur. Mənbələr mümkün əməliyyatda 100 mindən çox Yəmən hərbçisinin səfərbər edilə biləcəyini bildiriblər.
Bab əl-Məndəb dünya dəniz ticarəti üçün mühüm marşrutlardan biridir. Boğaz ətrafında vəziyyətin daha da gərginləşməsi Asiya ilə Avropa arasında yükdaşımalar və enerji bazarları üçün əlavə risk yarada bilər.

















