Bu gün təqvim sadəcə 3 oktyabra keçid etmir; bu gün müasir Azərbaycanın ölüm-qalım sınağından qalib çıxdığı, xalqın öz taleyini dahi bir şəxsiyyətə əmanət etdiyi tarixi andır. Düz 33 il əvvəl, 1993-cü il oktyabrın 3-də xalqımız mütləq iradə nümayiş etdirərək 98.84% səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi ölkə Prezidenti seçdi.
1xeber.media xatırladır ki,o dövrün xaosunu, parçalanma və daxili böhran iddialarını xatırlayanda bu seçimin dövlətimiz üçün yeganə nicat yolu olduğunu bu gün daha yaxşı anlayırıq.
Məhz bu tarixi günün ildönümü ərəfəsində, dünən Bakıda keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı bu böyük siyasi kursun sarsılmaz varisliyini nümayiş etdirdi.
Qurultayda proqram xarakterli çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk dəfədir ki, partiyanın qurultayı ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunandan sonra keçirilir. Bu fakt, 1993-cü ildə Ulu Öndərin and içərkən qurduğu böyük strateji hədəflərin bu gün real həyatda tam təntənə tapmasının ən böyük sübutudur.

















