1xeber.media xəbər verir ki, İranda milli valyuta rialın məzənnəsi dollar qarşısında yenidən təzyiq altında qalıb.
İran Mərkəzi Bankının oktyabrın 3-ü üçün açıqladığı rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1 milyon 752 min 285 rial təşkil edib. Oktyabrın 1-də isə bu göstərici 1 milyon 747 min 44 rial idi.
Açıq bazarda dolların qiyməti isə rəsmi məzənnədən əhəmiyyətli dərəcədə yüksəkdir. Son günlər dolların açıq bazarda 2,6 milyon rial ətrafında satıldığı bildirilir. Sentyabrın sonunda isə dolların qiyməti 2,5 milyon rialı keçərək yeni tarixi maksimuma çatmışdı.
Rialın zəifləməsi İran iqtisadiyyatında inflyasiya təzyiqlərini artırır. Ölkənin valyutasına təzyiq göstərən amillər arasında ABŞ sanksiyaları, neft ixracına qoyulan məhdudiyyətlər və regiondakı hərbi-siyasi gərginlik göstərilir.

















