Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vəzifə müddətinin başa çatdığını elan edib.
1xeber.media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Orxan Məmmədov paylaşımında bildirib: "Vəzifədə çalışdığım müddətdə adlarını bir-bir sadalaya bilməyəcəyim çox sayda həmkarımın, sahibkarların dəstəyini və dostluğunu gördüm. Hər birinə təşəkkür edirəm. Uca Allah qismətimizi, yolumuzu və gələcəyimizi daim açıq etsin".bizimesr.media

















