Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından (AŞF) məlumat verilib.
Səfər çərçivəsində Timur Turlov AŞF prezidenti Mahir Məmmədov ilə görüşüb. Görüşdə Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi, FIDE və AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda AŞF rəhbəri Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, ötən ay Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib.
















