Türkiyə və Azərbaycan şairlərinin yaradıcılığının təbliği və gənc nəslə çatdırılması məqsədilə "Şeir oxu" günlərinin keçirilməsini təşkil etməliyik.
1xeber.media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Anadolu Məktəbi tərəfindən təşkil olunan "Dildə, fikirdə, işdə birlik: Azərbaycan-Türkiyə Birgə Oxuma Proqramı” çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Gənclərimiz bu gözəl ənənəni davam etdirərək poeziyanın yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcəklər", - deyə səfir əlavə edib.
Birol Akgün çıxışında Azərbaycan və Türkiyə arasında tarixi-mədəni əlaqələrin əhəmiyyətindən danışıb, iki ölkə arasında əməkdaşlığın inkişafında gənclərin və təhsil layihələrinin xüsusi rol oynadığını vurğulayıb.
















