1xeber.media xəbər verir ki, Almaniyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Martin Yeger ölkəsinin Rusiya ilə silahlı qarşıdurmaya cəlb olunmaq riski ilə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, Moskvanın Almaniya və digər Avropa ölkələrinə qarşı həyata keçirdiyi hibrid fəaliyyətlər getdikcə daha təhlükəli xarakter alır.
Yeger Almaniya parlamentinin kəşfiyyata nəzarət komitəsində çıxışı zamanı Rusiyanın hazırda ölkəsi üçün “birbaşa və konkret təhlükə” yaratdığını deyib. O, son dövrdə baş verən insidentləri də bu kontekstdə qiymətləndirib.
















