1xeber.media xəbər verir ki, Litva parlamenti ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvi ilə bağlı dəyişiklik layihəsini ilkin mərhələdə təsdiqləyib.
Qərar Rusiyanın regiondakı hərbi fəaliyyətləri fonunda ölkənin müdafiə imkanlarını gücləndirmək cəhdləri çərçivəsində qəbul edilib. Layihənin qüvvəyə minməsi üçün parlamentdə daha bir səsvermə keçirilməlidir.
Kreml isə Litvanın bu addımını təhlükəsizlik baxımından narahatedici hesab edib və NATO infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılmasının gərginliyi artıra biləcəyini bildirib.
















