1xeber.media xəbər verir ki, Cənubi Koreya Şimali Koreyanı demilitarizasiya olunmuş zonada baş verən mina partlayışına görə üzr istəməyə məcbur etmək üçün cavab tədbirləri hazırlayır.
Seulun məlumatına görə, insident nəticəsində iki Cənubi Koreya hərbçisi ağır yaralanıb. Cənubi Koreya hökuməti hadisə ilə bağlı Pxenyanın məsuliyyət daşıdığını bildirərək Şimali Koreyadan rəsmi açıqlama tələb etməyi planlaşdırır.
Cənubi Koreya tərəfi həmçinin hadisənin təkrarlanmaması üçün sərhəd bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.
















