1xeber.media xəbər verir ki, bir sıra ölkələr kamera və səs yazma imkanına malik ağıllı eynəklərin istifadəsini məhdudlaşdırmağı nəzərdən keçirir.
Məsələ xüsusilə insanların xəbəri olmadan foto, video və audio yazılarının aparılması ilə bağlı məxfilik narahatlıqları fonunda gündəmə gəlib.
Avstraliya hökumət müəssisələrində bu cihazların istifadəsini nəzərdən keçirir, Norveç isə ictimai yerlərdə müvəqqəti qadağa təklif etməyə hazırlaşır. ABŞ-ın Nyu-York ştatında isə kamera ilə təchiz edilmiş ağıllı eynəklərin məhkəmələrə gətirilməsinə artıq qadağa qoyulub.
















