1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner gələn həftə Moskva və Kiyevə səfər etməyi nəzərdən keçirirlər.
“Axios” portalının mənbəyə istinadən yaydığı məlumata görə, səfərlərin əsas məqsədi Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh təkliflərini müzakirə etməkdir.
Məlumatda qeyd olunur ki, Trampın nümayəndələri ötən ay da Moskva və Kiyevdə səfərdə olublar. Həmin görüşlər ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması istiqamətində apardığı vasitəçilik səylərinin bir hissəsi olub.
Bundan əvvəl Uitkoff ABŞ-ın Ukrayna, Avropa ölkələri və NATO nümayəndələri ilə münaqişənin qışa qədər həlli imkanlarını müzakirə etdiyini açıqlamışdı.
Hələlik Uitkoff və Kuşnerin mümkün səfərlərinin dəqiq tarixləri, eləcə də Moskva və Kiyevdə hansı şəxslərlə görüşəcəkləri barədə ətraflı məlumat açıqlanmayıb.















