“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 1-30 sentyabr 2026-cı il tarixlərində səhmlərinin alışına və satışına dair bağlanılmış 12 insayder əqdini ictimailəşdirib.
1xeber.media xəbər verir ki, Bank bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verilib.
“Qiymətli kağızlar haqqında” qanuna uyğun olaraq yerləşdirilmiş məlumatda “Unibank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini, həm də bir müddət sədri əvəz etmiş Heybət Qədirovun ABB-də pay alması öz əksini tapıb. O, 108 min manat ödəyərək Bankın nominal dəyəri 27 qəpikdən 400 min ədəd səhmini əldə edib.Yurd media

















