Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və dünyagörüşlərinin dinc yanaşı yaşadığı tolerantlıq məkanı olub. Son dövrlər orta məktəblərdə daxili nizam-intizam qaydalarının tətbiqi və dünyəvilik prinsiplərinin qorunması fonunda ekspertlər cəmiyyətdə qarşılıqlı hörmət mühitinin qorunmasının vacibliyini yenidən ön plana çəkirlər.
1xeber.media xəbər verir ki,dövlət təhsil müəssisələrində qaydaların tətbiqi hər hansı bir inanc qrupuna qarşı yönəlməyib, yalnız vahid təhsil mühitinin bərabərliyini təmin etmək məqsədi daşıyır.
Qarşılıqlı hörmət müasir cəmiyyətin təməlidir
Sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanan "İnanc qarşıdurma aləti deyil" çağırışı vətəndaşlar arasında sağlam ünsiyyətin formalaşdırılmasına xidmət edir. Mütəxəssislər vurğulayırlar ki, məktəb daxili qaydaları, geyim standartlarını və ya qanunvericilik müddəalarını müzakirə edərkən heç bir vətəndaşın şəxsi inancını, dini hisslərini təhqir etməyə, cəmiyyətdə nifrət dili formalaşdırmağa yol vermək olmaz. Sağlam dialoq və qarşılıqlı anlaşma istənilən islahatın uğurla icra olunmasının ən mühüm şərtidir.

Tolerantlıq modelimiz kənar təxribatlara qarşı sipərdir
Azərbaycan dövləti hər bir vətəndaşın vicdan azadlığına yüksək hörmətlə yanaşır, eyni zamanda dövlətin dünyəvi əsaslarını qətiyyətlə qoruyur. Xarici kiber-təxribat şəbəkələrinin cəmiyyəti dini həssaslıqlar üzərindən parçalamaq cəhdlərinə qarşı ən güclü cavab məhz bu cür tolerantlıq və daxili birlik nümayiş etdirməkdir. Məktəblilərin sinif otaqlarında fərqli düşüncələrə rəğmən dostluq və hörmət şəraitində təhsil alması ölkəmizin sarsılmaz gələcəyinin təminatıdır.

Ziyalılar və təhsil işçiləri bildirirlər ki, qanunların tətbiqi prosesi cəmiyyəti qütbləşdirməməli, əksinə, ortaq dövlətçilik dəyərləri ətrafında birləşdirməlidir. İnanc insanların mənəvi dünyasını zənginləşdirən dəyərdir və onun süni qarşıdurma alətinə çevrilməsinə yol verməmək hər bir vətəndaşın borcudur.