Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni təyinat baş tutub.
Məlumata görə, Ülvi Ədilzadə Bankda Müştəri Münasibətlərinin İdarə Edilməsi Departamentinin direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ü.Ədilzadə 10 ildən artıqdır ABB-də müxtəlif məsul vəzifələrdə çalışır.
O, 2024-cü ildən yeni təyinata qədər müştəri Münasibətlərinin İdarə Edilməsi Departamentinin Alternativ satışlar şöbəsinin rəhbəri, 2022 – 2024-cü illərdə Zəng Mərkəzi və Teleşatış şöbəsinin Alternativ satışlar üzrə komanda rəhbəri, 2016 – 2024-cü illərdə Alternativ satış kanalları üzrə qrup rəhbəri vəzifələrində işləyib.
Əmək fəaliyyətinə bank sektorunda başlayan Ü.Ədilzadə 2014–2016-cı illərdə "Unibank"da mütəxəssis vəzifəsində çalışıb.Yurd media














