Azərbaycanda oktyabrın 18-də hava əsasən yağmursuz keçəcək. Temperatur bəzi rayonlarda 31 dərəcəyə yüksələcək.
1xeber.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə edilə bilər.
Bakıda gecə temperatur 18-20, gündüz 23-28 dərəcə isti olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Rayonlarda gecə 16-19, gündüz 26-31 dərəcə isti proqnozlaşdırılır. Dağlıq ərazilərdə gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.















