Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.
1xeber.media xəbər verir ki, hazırda Dövlət Vergi Xidməti, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Statistika Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Müdafiə Nazirliyinin saytlarına daxil olmaq mümkün deyil.
Saytların fəaliyyətində yaranan problemin səbəbi barədə FED.az-ın məlumatında açıqlama verilməyib.
Qeyd edək ki, oktyabrın 13-dən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücumların qeydə alındığı açıqlanmışdı. Hücum zamanı 100-dən artıq dövlət domeninin hədəfə alındığı bildirilmişdi.















