Azərbaycanda noyabr ayında rəsmi bayram günləri ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Bayram günlərindən birinin həftəsonuna təsadüf etməsi tətil müddətinin uzanmasına səbəb olub.1xeber.media xəbər verir ki, bu barədə rəsmi bayram təqviminə istinadən məlumat yayılıb.
Qeyd edək ki, bu il 8 noyabr – Zəfər Günü bazar gününə təsadüf edir. Növbəti gün, yəni 9 noyabr tarixi isə ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qanunvericiliyə əsasən rəsmi qeyri-iş günüdür.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən, rəsmi bayram günləri həftəsonu ilə üst-üstə düşdükdə, həmin istirahət günü növbəti iş gününə keçirilir. Bu qaydaya uyğun olaraq, bazar gününə düşən Zəfər Gününün əvəzinə noyabrın 10-u (çərşənbə axşamı) qeyri-iş günü elan ediləcək.
Beləliklə, beşgünlük qrafiklə işləyən vətəndaşlar üçün noyabrın 7, 8, 9 və 10-u tarixlərində ardıcıl 4 gün iş olmayacaq.















