Tələbə təqaüdlərinin artırılması məsələsinin növbəti il müzakirəyə çıxarılması gözlənilir.
1xeber.media xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev tələbə təqaüdlərinin artırılmasının gözlənildiyini bildirib. Onun sözlərinə görə, tələbələrin maddi imkanları nəzərə alınaraq təqaüdlərin artırılması və onlar üçün güzəştlərin tətbiqi məsələsi gündəmə gətirilə bilər.
Deputat qeyd edib ki, növbəti il minimum və orta aylıq əməkhaqqının, eləcə də müavinətlərin artırılması gözlənilir. O, tələbə təqaüdləri ilə bağlı da müsbət addım atılacağını düşünür.
Hazırda 1 sentyabr 2025-ci ildən müəyyən edilən məbləğlərə əsasən, ali təhsil müəssisələrində magistratura tələbələrinin təqaüdü akademik göstəricilərdən asılı olaraq 120-240 manat, bakalavriat tələbələrinin təqaüdü isə 110-200 manat təşkil edir. Orta ixtisas və peşə təhsili müəssisələrində təqaüdlər 70-110 manat arasındadır















