1xeber.media xəbər verir ki, İran və Azərbaycan yeraltı enerji ehtiyatları anbarlarının yaradılması ilə bağlı birgə layihə üzərində işləyə bilər.
İranın neft nazirinin müavini Səid Təvəkkoli Rusiyada keçirilən Enerji Həftəsində bildirib ki, Tehran və Bakı yeraltı enerji ehtiyatları anbarlarının tikintisi layihəsini birgə nəzərdən keçirəcək.
Onun sözlərinə görə, istismar olunacaq müştərək yeraltı anbarların yaradılması məsələsi gündəmdədir. İran tərəfi Azərbaycanla belə bir layihənin reallaşdırılması imkanlarını araşdıracaq.
Məlumata görə, layihənin əsas istiqaməti iki ölkənin enerji ehtiyatlarının saxlanması üçün yeraltı infrastrukturun yaradılmasıdır.













