1xeber.media Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıq Bakı–Sumqayıt və Sabunçu–Zabrat şoselərində, Tbilisi, Heydər Əliyev, 8 Noyabr, Qara Qarayev və Xətai prospektlərində qeydə alınıb.
Həmçinin Alı Mustafayev, Koroğlu Rəhimov, 28 May, Mikayıl Müşfiq, Mikayıl Əliyev, Rəşid Behbudov, Üzeyir Hacıbəyli küçələrində və 1-ci Göl kənarı yolunda hərəkət çətinləşib.















