Xalq artisti Aygün Kazımova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılan yeni mahnısını təqdim edib.
1xeber.media xəbər verir ki, “Bilirəm” adlanan bəstənin musiqisi Kamala məxsusdur.
A.Kazımova mahnı üçün Qəbələdə klip də çəkdirib. Ekran işinin rejissoru Emin Muradovdur.
Qeyd edək ki, Xalq artisti yaradıcılığı boyu dəfələrlə Kamalın bəstələrinə müraciət edib. Hətta Kazımovanın repertuarında olan “Nigaranam” mahnısı bir çox dillərə tərcümə olunaraq, onlarla sənətçilər tərəfindən ifa olunub.
Sözügedən klipi təqdim edirik:















