Göygöl Milli Parkının ərazisinin hasarlanması ilə bağlı işlərə başlanılır.
1xeber.media xəbər verir ki, bu məqsədlə Göygöl Milli Parkı ilə “Fige” MMC arasında müqavilə imzalanıb.
Müqavilənin ümumi dəyəri 24 min 42 manat təşkil edir. Hasarlama işlərinin sözügedən şirkət tərəfindən həyata keçiriləcəyi bildirilib.
Göygöl Milli Parkı 2008-ci ildə yaradılıb. Park Göygöl, Daşkəsən və Goranboy rayonlarının ərazilərinin bir hissəsini əhatə edir. Milli parkın sahəsi hazırda 12 755 hektardır.















