1xeber.media xəbər verir ki,Euronevs və hərbi qaynaqların bu gün yaydığı sensasiyalı kadrlar qlobal hərb elmində şok yaradıb. Ukrayna ordusunun 92-ci Hücum Briqadası dünya tarixində ilk dəfə olaraq minalanmış və Rusiya PUA-larının aktiv olduğu təhlükəli zonada qalan yaralı əsgəri xüsusi evakuasiya dronu vasitəsilə havaya qaldıraraq təhlükəsiz yerə daşıyıb.
Görüntülərdə əsgərin özünü drona bərkitdiyi və idarəetmə mərkəzindən məsafədən idarə olunan nəhəng aparatın onu döyüş meydanından uğurla çıxardığı əks olunub. Bu texnologiya gələcəkdə yaralıların xilas edilməsində insan amilini riskə atmadan yeni bir dövrün təməlini qoyub















