Kolumbiyanın cənub-qərbində yerləşən qanunsuz qızıl mədənlərindən birində dəhşətli çökmə hadisəsi baş verib.
1xeber.media-nın məlumatına görə, qəza nəticəsində ən azı 6 mədənçi həyatını itirib. Torpaq sürüşməsi və strukturun zəif olması səbəbindən baş verən çökmə zamanı daxildə olan digər işçilərin taleyi barədə hələ ki dəqiq məlumat yoxdur. Bölgəyə xilasedicilər və xüsusi texnika cəlb olunub, axtarış-xilas etmə işləri davam etdirilir.















