Bakı Ağır Cinayətlər Məhkəməsində, 13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin növbəti məhkəmə iclası keçirilib.
1xeber.media xəbər verir ki,hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən bugünkü prosesdə dəhşətli cinayətin canlı şahidi olmuş Pəri Qasımova ifadə verib. Hadisə anını xatırlayarkən göz yaşlarını saxlaya bilməyən şahid, gənc tələbənin son anlarını belə təsvir edib:
"Qarajın qarşısında dayanmışdım. 15 metr aralıda iki nəfərin əlbəyaxa olduğunu gördüm. Bir nəfər qəfildən gəncin damarını kəsdi. Tez ora qaçdım. Çox səliqəli bir oğlan qan içində yerdə uzanmışdı, ölümcül halda imdad diləyirdi. Sanki gözləri ilə “məni ölməyə qoymayın” deyirdi. Amma kömək edə bilmədik, artıq gec idi..."
Qatil çox soyuqqanlı olub
Şahid ifadəsində icraçının rahatlığına diqqət çəkib: "Vüsalı öldürən oğlan çox səliqəsiz görunürdü. Hadisədən sonra o qədər soyuqqanlı idi ki, bıçağı gödəkçəsinə sürtə-sürtə yanımdan keçib getdi. Üstünə hücum çəkmək istədim, amma qorxdum, üzü-gözü qan idi".

Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edib
Qətlin təşkilatçısı və sifarişçisi olmaqda ittiham edilən Xəyal Əli-Zadə isə hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildirib. O, yalnız digər bütün şahidlər dindiriləndən sonra danışacağını qeyd edib. Digər şahidlər iclasa gəlmədiyi üçün məhkəmə prosesi təxirə salınıb.

Cinayətin səbəbi nə idi?
İttiham aktına görə, Xəyal Əli-Zadə vəzifə və maddi imkanlarından istifadə edərək baldızı ilə romantik münasibətdə olan 23 yaşlı tələbə Vüsal Şilderi "cəzalandırmaq" üçün cinayət

qafqazinfo