1xeber.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən etirazlar fonunda fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olmadığını bildirib.
Makron bu barədə Yelisey sarayının “X” sosial şəbəkəsində yayımlanan mətbuat konfransında danışıb.
Fransa liderinin sözlərinə görə, vəziyyət kritik həddə çatacağı təqdirdə fövqəladə vəziyyət rejiminin tətbiqi mümkün ola bilər. Lakin hazırda hakimiyyətin əsas məqsədi ölkədə sakitliyi bərpa etməkdir.
Makron qeyd edib ki, hökumət ictimai asayişin qorunması üçün qətiyyətli addımlar atacaq və zəruri tədbirlər görəcək.
“Bütün bunlar fövqəladə vəziyyət elan edilməsini tələb etmir. Məqsədimiz sakitliyi bərpa etməkdir. Bunun üçün qətiyyətlə hərəkət edəcək və ictimai asayişin təmin olunması üçün tədbirlər görəcəyik”, – deyə Makron vurğulayıb.














