Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq olunması nəzərdə tutulur.
1xeber.media xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov deyib.
O bildirib ki, burada mühüm istiqamətlərdən biri icbari sığortaların təkmilləşdirilməsidir
“İcbari sığortaların təkmilləşdirilməsi dedikdə, həm əhatə dairəsinin genişləndirilməsi, həm effektivliyin artırılması, həm də məlumat bazalarının və nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur”.
“Məlumat bazaları dedikdə nəyi nəzərdə tuturuq? Məsələn, əgər evin çıxarışı yoxdursa, ev sığortasına çıxış da yoxdur. Artıq bu məlumat bazalarına girişin əldə olunması sığorta şirkətlərinə məlumatları daxil etmək imkanı verəcək. İndi icbari avtosığorta üzrə şirkətlər Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil ola bilir, orada texniki pasportun və avtomobilin qeydiyyat nömrəsini yazmaqla bütün məlumatları görə bilirlər. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı belə bir layihənin hazırlanması nəzərdə tutulur”./Ölkə.az















