Rusiya Prezidenti Vladimir Putin Yuri Trutnevi baş nazirin müavini və dövlət başçısının Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifələrindən azad edərək özünə köməkçi təyin edib.
1xeber.media xəbər verir ki, bununla bağlı müvafiq fərman hüquqi aktların rəsmi dərc olunduğu portalda yayımlanıb. Sənəd 22 oktyabr 2026-cı ildə imzalandığı andan qüvvəyə minib.
Trutnevin əvvəlki vəzifələrini Oleq Kojemyako tutub. Onun namizədliyi oktyabrın 21-də Rusiya Dövlət Duması tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Rusiya hökumətində kadr dəyişiklikləri ilə bağlı təklifləri baş nazir Mixail Mişustin oktyabrın 19-da Putinlə işgüzar görüş zamanı təqdim edib. Rusiya prezidenti kabinetin tərkibində dəyişikliklərin edilməsini dəstəkləyib.















