1xeber.media xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ-nin Yaxın Şərqdə münaqişəni uzatmasının Vaşinqton üçün ciddi nəticələrə səbəb olacağını bildirib.
O, “Drop Site”a müsahibəsində İranın uzunmüddətli müharibə aparmaq imkanlarına malik olduğunu deyib.
Rezayinin sözlərinə görə, ölkənin yeraltı zavodları və istehsal imkanları hərbi qarşıdurmanı uzun müddət davam etdirməyə şərait yaradır.
“İran qarşı tərəfə zərbə vurmaq imkanına malik olduğunu artıq nümayiş etdirib. Müharibəyə dözmək İranın xeyrinə, Amerikanın isə zərərinə olacaq”, – deyə o vurğulayıb.















