1xeber.media xəbər verir ki, Macarıstan hökuməti Paks atom elektrik stansiyasının genişləndirilməsi layihəsində Rusiyanın “Rosatom” şirkətini başqa podratçı ilə əvəzləmək imkanını nəzərdən keçirir. Bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.
2014-cü ildə razılaşdırılan layihənin ilkin dəyəri 12,5 milyard avro qiymətləndirilib. Macarıstan indiyədək layihəyə 2 milyard avrodan çox vəsait yatırıb. Müqavilə bir neçə dəfə dəyişdirilib, hüquqi mübahisələr və gecikmələr isə layihənin gələcəyi ilə bağlı suallar yaradıb.
Hökumət alternativ təchizatçıları araşdırır. Bununla belə, podratçının dəyişdirilməsi indiyədək ödənilmiş vəsaitin bir hissəsinin itirilməsi və əlavə kompensasiya xərcləri ilə nəticələnə bilər. Yekun qərarın bu ilin sonu və ya gələn ilin əvvəlində verilməsi gözlənilir.















