1xeber.media xəbər verir ki, 8 gündür xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.
74 yaşlı sənətçinin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Zaur Rzayevə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub. Səhhətində yaranan problemlərlə əlaqədar dəfələrlə xəstəxanaya yerləşdirilən sənətçi oktyabrın 14-də vəziyyəti pisləşdiyi üçün yenidən klinikaya aparılıb.















